"Qarabağ"ın futbolçusu: "Rəqiblərimiz özümüzə uyğundur"

"Qarabağ"ın futbolçusu: "Rəqiblərimiz özümüzə uyğundur"

8 Sentyabr 10:44
141
Bəyəndim (0) Bəyənmədim (0)

"Düşdüyümüz qrupu özümüzə uyğun hesab edirəm".

Oxuməni.az xəbər verir ki, bunu Report-a müsahibəsində "Qarabağ"ın futbolçusu Kevin Medina komandanın UEFA Avropa Liqasının G qrupundakı şansları barədə danışarkən deyib.

29 yaşlı kolumbiyalı müdafiəçi qrupdakı hər klubun özünəməxsus adı və çəkisinin olduğunu bildirib: "Qarabağ"da da belədir, çünki qrupadək Polşa, İsveçrə, Macarıstan çempionlarını sıradan çıxarmışıq. Qrupdakı rəqiblər də necə komandaya qarşı mübarizə aparacaqlarının fərqindədirlər. Ümumi götürsək, bir az qəliz qrupdur. Şəxsən bu rəqiblərə qarşı oynamağı çox istəyərdim".

Qeyd edək ki, "Qarabağ" Almaniyanın "Frayburq", Fransanın "Nant" və Yunanıstanın "Olimpiakos" komandaları ilə eyni qrupa düşüb.