“Qarabağ“ın rəqibi kamerunlu hücumçu aldı

“Qarabağ“ın rəqibi kamerunlu hücumçu aldı

2 Sentyabr 2022 10:12
Bəyəndim (0) Bəyənmədim (0)

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Fransanın “Nant” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Oxuməni.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Lans”dan İqnatius Qanaqonu transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı kamerunlu hücumçu ilə 4 illik müqavilə bağlanıb. “Nant” bu transfer üçün “Lans”a 4.4 milyon avro ödəyib.

Qeyd edək ki, “Qarabağ” “Nant”la sentyabrın 15-də evdə, oktyabrın 27-də isə səfərdə qarşılaşacaq.