Avropa Liqası: "Qarabağ"ın qrupdakı oyunlarının təqvimi bəlli olub

Avropa Liqası: "Qarabağ"ın qrupdakı oyunlarının təqvimi bəlli olub

27 Avqust 11:41
155
Bəyəndim (0) Bəyənmədim (0)

"Qarabağ"ın UEFA Avropa Liqasının G qrupundakı oyunlarının təqvimi bəlli olub.

Oxuməni.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda ilk matçını sentyabrın 8-də Almaniyada "Frayburq"a qarşı keçirəcək.

"Köhlən atlar" sentyabrın 15-də Bakıda Fransa "Nant"ını qəbul edəcək. Oktyabrın 6-da Yunanıstanda "Olimpiakos"un qonağı olacaq ölkə çempionu oktyabrın 13-də Afina təmsilçisini qəbul edəcək.

"Qarabağ" V turda səfərdə "Nant"la, sonuncu turda isə Bakıda "Frayburq"la üz-üzə gələcək.