"Mançester Yunayted" "Liverpul"a qalib gəlib

"Mançester Yunayted" "Liverpul"a qalib gəlib

23 Avqust 2022 06:55
Bəyəndim (0) Bəyənmədim (0)

Futbol üzrə İngiltərə Premyer Liqasında III tura mərkəzi oyunla yekun vurulub.

Oxuməni.az xəbər verir ki, turun son matçında mövsümə yaxşı başlamayan "Mançester Yunayted" və "Liverpul" komandaları üz-üzə gəliblər. "Old Trafford" stadionunda oynanılan qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İlk qolu 16-cı dəqiqədə "qırmızı şeytanlar"dan Ceydon Sanço vurub. 53-cü dəqiqədə Markuş Reşford hesab arasındakı fərqi 2 topa çatdırıb. 82-ci dəqiqədə Məhəmməd Salah buraxılan qollardan birinin əvəzini çıxıb.

Cari mövsümd ilk qələbəsini qazanan "Mançester Yunayted" 3 xalla 14-cü sıraya yüksəlib. 2 xalı olan "Liverpul" isə 16-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, turnir cədvəlinə 9 xalla "Arsenal" başçılıq edir.