“Qol şanslarından yararlana bilmədik” - Qurban Qurbanov

“Qol şanslarından yararlana bilmədik” - Qurban Qurbanov

18 Avqust 07:19
93
Bəyəndim (0) Bəyənmədim (0)

"Ağır oyun oldu. Rəqib necə gözləyirdiksə, elə də çıxış etdi. Çox yaxşı qol imkanlarımız var idi. Amma yararlana bilmədik".

Oxuməni.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Çexiyanın "Viktoriya" (Plzen) komandası ilə qolsuz heç-heçə etdikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.

50 yaşlı mütəxəssis müdafiədən oynayan kollektivə qarşı mübarizə apardıqlarını bildirib: "Həm rəqibdə, həm də bizdə həyəcan hiss olunurdu. Oyunçular çox əziyyət çəkdilər. Cavab görüşündə bundan da artıq güc itirməliyik. Şanslarımız bərabərdir. Böyük inamla səfərə gedəcəyik".

Qurbanov futbolda aqressiyanın çoxaldığını söyləyib: "Səbrli olmalıyıq. Futbolçulara da bunu tapşırmışam. Səbrlə oyunumuzu başa vurduq. Azarkeşlərimiz yenə möhtəşəm idilər. Hər birinə təşəkkür edirəm. Bir həftə sonra onları sevindirməyə çalışacağıq".

Qeyd edək ki, avqustun 23-də Plzendəki "Dusan Arena"da oynanılacaq cavab matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.