"Viktoriya"nın baş məşqçisi:  Bakıya qələbə çalmaq üçün gəlmişik

"Viktoriya"nın baş məşqçisi: Bakıya qələbə çalmaq üçün gəlmişik

17 Avqust 2022 00:14
Bəyəndim (0) Bəyənmədim (0)

"Qarabağ" daha güclü rəqibdir. Ona görə Macarıstan "Ferentsvaroş"u ilə qarşılaşmaq istədiyimizi söyləmişdim".

Oxuməni.az xəbər verir ki, bunu Çexiyanın "Viktoriya" (Plzen) komandasının baş məşqçisi Mixal Bilek Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.

57 yaşlı mütəxəssis matçda hər şeyə hazır olduqlarını bildirib: "Burada havanın isti, tribunada rəqib komandanın azarkeşlərinin çox olacağını bilirik. Bakıya hazırlıqlı gəlmişik. Oyuna konsentrasiya olmağa çalışacağıq".

O, "Qarabağ"ın Polşa, İsveçrə və Macarıstan çempionlarını mübarizədən kənarlaşdırdığını xatırladıb: "Amma biz də Çexiya çempionuyuq. Rəqibin güclü olduğunu bilirik. Qalib gəlmək üçün əlimizdən gələni edəcəyik".

Bilek meydana hansı heyətlə çıxacaqlarını açıqlamayıb: "Start heyətini və hansı oyun üslubunda oynayacağımızı indi demək istəməzdim. Hər şeyi sabah görmək mümkün olacaq. Hələ qruplara qalmamışıq. Sonadək mübarizə aparmalıyıq. Çünki uzun yol qət etmişik".

Təcrübəli baş məşqçi Bakıda qalib gəlmək istədiklərini gizlətməyib: "Evdə rahat oynamaq üçün burada qələbə yaxşı olardı. Amma sabah meydanda nəyin necə olacağını bilmirik. "Qarabağ"ın hücum xətti güclüdür. Ona görə də 2 hücumçu ilə oynayıb-oynamayacağımızı bilmirik".

Qeyd edək ki, avqustun 17-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - "Viktoriya" görüşü saat 20:45-də başlayacaq.