"Qarabağ" - "Viktoriya" oyununun hakimləri açıqlanıb

"Qarabağ" - "Viktoriya" oyununun hakimləri açıqlanıb

15 Avqust 2022 10:14
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda "Qarabağ" və Çexiyanın "Viktoriya" (Plzen) komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununun təyinatları açıqlanıb.

Oxuməni.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Sloveniyadan olan hakimlər briqadasına tapşırılıb.

FIFA referisi Slavko Vinçiçə Tomaj Klançnik və Andraj Kovaçiç laynsmanlar qismində köməklik göstəcək. Dördüncü hakim funksiyasını Rade Obrenoviç yerinə yetirəcək.