“Qarabağ“ın pley-off oyunlarının təqvimi açıqlandı

“Qarabağ“ın pley-off oyunlarının təqvimi açıqlandı

10 Avqust 12:58
194
Bəyəndim (0) Bəyənmədim (0)

"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində Çexiyanın "Viktoriya" (Plzen) klubuna qarşı keçirəcəyi oyunların təqvimi açıqlanıb.

Oxuməni.az xəbər verir ki, "köhlən atlar" ilk matçını avqustun 17-də Bakıda oynayacaq. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 20:45-də başlayacaq.

Komandalar arasında cavab qarşılaşması isə avqustun 23-də Plzendə olacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, "Qarabağ" III təsnifat mərhələsində Macarıstan "Ferentsvaroş"unu mübarizədən kənarlaşdırıb.