“Formula 1“ Bakı otellərini bahalaşdırdı - Dodaquçuqladan qiymətlər

“Formula 1“ Bakı otellərini bahalaşdırdı - Dodaquçuqladan qiymətlər

9 İyun 2022 10:31
Bəyəndim (0) Bəyənmədim (0)

“Formula 1” mötəbər bir yarışmadır. Onun xüsusi həvəskarları var və onlar ölkəyə səfər edərkən uyğun qiymət siyasəti izlənilir”.

Oxuməni.az xəbər verir ki, bu sözləri turizm və otelçilik üzrə ekspert Cabir Dövlətzadə Yenisabah.az-a açıqlamasında deyib.

O, “Formula 1” yarışlarına görə bəzi otellərin qiymətləri bir neçə dəfə qaldırması faktına münasibət bildirib:

“Əvvəlki illərdən də məlum olduğu kimi, bu yarışa gələn müştəri bahalı kateqoriyadandır. Təbii ki, qiymətlər bazar iqtisadiyyatına uyğun olaraq qalxır və bu normaldır. Belə tədbirlər zamanı otellərdə qiymət 3 dəfəyə qədər qalxa bilir. Nəzərə alınmalıdır ki, belə yarışlar cəmi 3 gün olur və otellər bundan maksimum dərəcədə yararlanmağa çalışır. Dünya praktikasında da eyni vəziyyətdir. Qiymətlərin 100%-dən 300%-ə qədər qalxması mümkündür.

Əgər bəzi otellər qiyməti daha çox qaldırıblarsa, bu onların şəxsi işidir. Çünki elə otellər var ki, illik rentabelliyi daha yüksəkdir, elə otellər də var ki, rentabelliyi zəifdir, xüsusi tədbirlərin olduğu günlərə ümid edir.

Azərbaycana müxtəlif kateqoriyalı müştərilər gəlir və onlar brend otellərdə qalır. Onlar otaqları qabaqcadan rezervasiya edirlər”.

Eskpertin sözlərinə görə, “Formula 1”lə əlaqədar qonaqların Bakıya gəlişi artıq başlayıb.

“Bu, ölkə turizmi üçün təbii ki, sevindirici bir haldır, çünki pandemiya dövründə otellərin böyük zərəri olub. Gəlişlər yetəri qədər artsa da, biletlər hələ tam satılmayıb. Biletin qiyməti xarici vətəndaşlar üçün 510 manatdan 4 min manata qədər qalxır. Əgər biletlərdə bu qiymət varsa, otellər də qiymət siyasətini biletə uyğunlaşdırır”.