Formula 1 Bakı Şəhər Halqası yarış öncəsi mətbuat nümayəndələri üçün seminar keçirib
Bu gün Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) KİV nümayəndələri üçün media mərkəzinin fəaliyyəti, akkreditasiya prosesi, jurnalist və fotoqrafların iş prinsipləri barədə seminar təşkil edib.
Oxuməni.az xəbər verir ki, Formula 1 Azərbaycan Qran-Prisinin milli mətbuat katibi Turab Teymurov yarışa hazırlıqla bağlı məlumat verərək deyib ki, Bakı yarışı Media Mərkəzinin özünəməxsusluğu və üstünlüyü ilə seçilir. Bakı şəhərinin ev sahibliyi etdiyi 2022-ci il Formula 1 Azərbaycan Qran Prisi 10-12 iyun tarixlərində baş tutacaq. Artıq 6-cı olan bu yarış ötən ildən fərqli olaraq tamaşaçıların iştirakı ilə keçiriləcək.

Seminarda 2022-ci il Formula 1 Azərbaycan Qran Prisi haqqında ümumi məlumat, ölkəyə gələcək komandaların heyəti, yarış təqvimi, təhlükəsizlik və COVİD-19 qaydaları haqqında məlumat verilib. Turab Teymurov xatırladıb ki, iyunun 11-də məşhur 24 saatlıq Le-Mann yarışı başlayacaq. Bu səbəbdən Beynəlxalq Avtomobil Federasiyası Bakı mərhələsinin startını saat 15:00-a təyin edib.
Qeyd olunub ki, ümumilikdə 100-ə yaxın yerli media nümayəndəsinin akkreditasiya müraciəti qeydə alınıb. Formula 1 Azərbaycan Qran Prisi daxil olmaqla bütövlükdə 2022-ci il Formula 1 yarışları üçün media nümayəndələrinin akkreditasiyası Beynəlxalq Avtomobil Federasiyası (FIA) və Formula One Management (FOM) şirkəti tərəfindən tənzimlənir.
Emin Axundov









































.jpg)
.jpg)






.jpg)



















.jpg)




















