Azərbaycan Qran-prisinin başlama saatı dəyişib

Azərbaycan Qran-prisinin başlama saatı dəyişib

12 Fevral 2022 12:20
Bəyəndim (0) Bəyənmədim (0)

"Formula 1" üzrə Azərbaycan Qran-prisinin başlama saatı dəyişdirilib.

Oxuməni.az xəbər verir ki, cari mövsümün əsas yarışı iyunun 12-də yerli vaxtla saat 15:00-da start götürəcək.

Bakıdakı əvvəlki yarışlar saat 16:00-da və ya daha gec - saat 16:10-da başlayıb.

Qeyd edək ki, "Formula 1"də yeni mövsümə martın 20-də Bəhreyndə start veriləcək. 10 - 12 iyunda Bakıda Azərbaycan Qran-prisi təşkil olunacaq.