Polşa klubu Mahir Emrelyə 2.5 milyon avro qiymət qoyub

Polşa klubu Mahir Emrelyə 2.5 milyon avro qiymət qoyub

19 Yanvar 2022 10:55
Bəyəndim (0) Bəyənmədim (0)

Polşanın “Legiya” klubu komandanın toplanışına qatılmayan Mahir Emreliyə elçi düşən Türkiyə təmsilçilərindən tələb etdiyi məbləğ bəlli olub.

Oxuməni.az yerli mətbuata istinadən xəbər verir ki, “Başakşəhər” və “Sivasspor” kimi Super Liqa klubları varşavalılarla danışıqlar aparsalar da, tərəflər ortaq məxrəcə gələ bilməyib.

Belə ki, “Legiya”nın avtobusuna məlum hücum zamanı təhlükəsizlik tədbirlərinin görülmədiyini əsas gətirərək polşalılarla vidalaşmağı hədəfləyən Emrelinin davranışı qarşı tərəfin prinsipial mövqe tutmasını şərtləndirib. Azərbaycan millisinin hücumçusuna görə 2,5 milyon avro istəyən paytaxt klubu məbləğ məsələsində güzəştə getmək niyyətində deyil. Məhz bu səbəbdən hazırda Bakıda məşq edən Emrelinin Türkiyə Super Liqasında oynamaq arzusu reallaşmır.