Çempionlar Turu: Rəcəbov Aronyana qalib gəlib, Məmmədyarov uduzub

Çempionlar Turu: Rəcəbov Aronyana qalib gəlib, Məmmədyarov uduzub

29 Sentyabr 2021 23:42
Bəyəndim (0) Bəyənmədim (0)

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsində V turun görüşləri keçirilir.

Oxuməni.az-ın məlumatına görə, bu turda Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov Ermənistan təmsilçisi Levon Aronyanla, Şəhriyar Məmmədyarov isə rusiyalı Vladislav Artemyevlə qarşılaşıb.

Birinci, üçüncü və dördüncü partiyalarda heç-heçə edən Rəcəbov ikinci qarşılaşmada rəqibini mat edərək, 2,5:1,5 hesablı qələbə qazanıb.

Məmmədyarov isə startda uğursuzluqla üzləşsə də, bir məğlubiyyət və bir heç-heçədən sonra üçüncü görüşdə qələbə sayəsində hesabı bərabərləşdirib. Lakin dördüncü partiyada da Artemyevlə bacarmayan 36 yaşlı qrossmeyster yekunda məğlub olub - 1,5:2,5.

Çempionlar Turu
Final mərhələsi
V tur

Şəhriyar Məmmədyarov (AZƏRBAYCAN) - Vladislav Artemyev (Rusiya) - 1,5:2,5

Levon Aronyan (Ermənistan) - Teymur Rəcəbov (AZƏRBAYCAN) - 1,5:2,5

Yan-Kşiştof Duda (Polşa) - Maksim Vaşye-Laqrav (Fransa) - 1,5:2,5

Maqnus Karlsen (Norveç) - Hikaru Nakamura (ABŞ) - 2,5:0,5

Uesli So (ABŞ) - Aniş Giri (Niderland) - 2,5:2,5 (Görüş davam edir)

Qeyd edək ki, sentyabrın 30-da oynanılacaq VI turda Rəcəbov So ilə, Məmmədyarov isə Nakamuro ilə qarşılaşacaq.