İspaniya cəmi bir qol üstünlüyü ilə qalib gələcəyinə ümid edirdi

İspaniya cəmi bir qol üstünlüyü ilə qalib gələcəyinə ümid edirdi

2 İyul 2012 09:59
Bəyəndim (0) Bəyənmədim (0)
Üçqat Avropa çempionu İspaniya Almaniyanın rekordunu təkrarladı

Bu gün gecə saatlarında İspaniyanın futbol üzrə milli komandası yenidən Avropa çempionluğu titulunu qoruyub saxlaya bildi. İtaliya ilə matçda 4:0 qalib gələn ispanlar olduqca inamlı görünürdülər.

İspaniyanın baş məşqçisi Visente del Boske oyundan sonrakı mətbuat konfransında fikirlərini dilə gətirdi: "Hamı vaxtaşırı məğlub olur. İtaliyalılar turniri əla keçirdilər. Mottanın zədəsi ilə final onlar üçün pis nəticələndi. Lakin oyunçu itkisinə baxmayaraq, onlar yaxşı oynadılar. Çətin olsa da, bizim oyunçular matçı nəzarətdə saxlaya bildilər. Birinci qoldan sonra italiyalılar özlərini yaxşı göstərdilər. Ancaq biz təzyiqləri davam etdirirdik. Bu da bizə gözlədiyimiz uğuru gətirdi. Bu qələbədən sonra biz gələcəyə baxırıq və dünya çempionatına hazırlaşmağa başlayacağıq. "

Baş məşqçi rəqibin ünvanına xoş sözlər deməkdən yorulmurdu: "İtaliya futbol ölkəsidir. Rəqiblərimiz necə oynayacaqlarını bilirlər. Lakin biz indiyədək eləmədiyimizi etdik. Əvvəllər bizim komandada seçilən oyunçular az idi. İndi isə oyunçularımızla aparıcı əcnəbi klublar maraqlanmağa başlayıblar."

Daha sonra Visente del Boske 4:0 nəticəsinə aydınlıq gətirdi: "Biz 4:0 nəticəsinə necə nail olduq? Final oyununda heç olmasa bir qol vurmaq istəyirdik. Lakin bu hesabla da məğlubiyyətlər olurmuş."

O.M.