Şok: Şəhriyar Məmmədyarov Harri Kasparovu  yeddi gedişə mat etdi

Şok: Şəhriyar Məmmədyarov Harri Kasparovu yeddi gedişə mat etdi

11 İyul 2021 08:38
Bəyəndim (0) Bəyənmədim (0)

Xorvatiya “Grand Chess Tour” turnirlər seriyasının üçüncüsü hesab olunan şahmat turnirinə ev sahibliyi edir.

Oxuməni.az xəbər verir ki, burada azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov da iştirak edir.

Rapid növündə qüvvəsini sınamış şahmatçılar, bu gün blits üzrə turnirdə iştirak ediblər.

Çempionatda Şəhriyar Məmmədyarovun rəqiblərindən biri də keçmiş dünya çempionu Harri Kasparov olub.

Şahmatçımız altıncı turda qarşılaşdığı rəqibinə cəmi yeddinci gedişdə qalib gəlib.

Qeyd edək ki, rapid üzrə doqquz, blits üzrə isə altı turdan sonra Şəhriyar Məmmədyarovun aktivində 12 xal var və şahmatçımız altıncı pillədə qərarlaşıb.