Çakır Avropa futbolunun tarixinə düşdü

Çakır Avropa futbolunun tarixinə düşdü

29 İyun 2021 17:06
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə Futbol Federasiyasının hakimi Cüneyt Çakır Avropa çempionatları tarixində yeni rekorda imza atıb.

Oxuməni.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, buna Avro-2020-nin 1/8 finalında idarə etdiyi İspaniya - Xorvatiya oyunundan (5:3) sonra nail olub. Bununla da, 44 yaşlı referinin Avropa çempionatlarının final mərhələsində baş hakim olduğu matçların sayı 9-a çatıb. C.Çakır Avropa çempionatlarının final mərhələsində ən çox oyun idarə edən hakim olub. O, isveçli Anders Friski (8 oyun) geridə qoyub.

Həmçinin Çakırın 56-sı milli komanda səviyyəli turnirlərdə olmaqla, beynəlxalq yarışlarda idarə etdiyi qarşılaşmaların sayı 200-ə yüksəlib.