Formula-1-də sıralama turunu qazanan bəlli oldu

Formula-1-də sıralama turunu qazanan bəlli oldu

5 İyun 2021 18:29
Bəyəndim (0) Bəyənmədim (0)

Formula-1 üzrə Azərbaycan Qran-prisində sıralama turunun qalibi məlum olub.

Oxuməni.az xəbər verir ki, "Ferrari"nin pilotu Şarl Lekler bütün rəqiblərini qabaqlayaraq finişə birinci çatıb.

"Mersedes"də çıxış edən 7 qat dünya çempionu Luis Hamilton isə ikinci olub. "Red Bull"un sürücüsü Maks Ferstappen üçüncü yerlə kifayətlənib.

Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 6-da başa çatacaq. Həmin gün ilk olaraq Formula-2-də yekun mərhələ baş tutacaq. Ardınca pilotların paradı, açılış mərasimi gerçəkləşəcək və Azərbaycan Respublikasının Dövlət Himni səslənəcək. Saat 16:00-da Formula-1-də əsas yarış başlayacaq və yekunda qalib müəyyənləşəcək.