Müşfiq Abbasovun İran prezidentinə hədiyyəsi var

Müşfiq Abbasovun İran prezidentinə hədiyyəsi var

29 May 2012 14:27
Bəyəndim (0) Bəyənmədim (0)
O, beynəlxalq “Sevgililər günü” üçün qalstuk və “Gillette” markalı üzqırxan hazırlayıb

"Bu Şəhərdə" teatrının ssenaristi və bədii rəhbəri Müşfiq Abbasov gündəlik həyatında da yumorundan geri qalmır. Gözəl səhnə həllini tapmış bir çox yumoristik novellaların müəllifi bu dəfə siyasi replika janrına müraciət edib. Bəlkə də onu bu addımı atmağa vətəndaşlıq mövqeyi məcbur edib. İstənilən halda, Müşfiq Abbasovun sosial şəbəkələrin birində yazdığı status diqqətləri üzərinə toplaya bilib. Onun rusca qələmə aldığı fikirdə (o, nədənsə həmişə rus dilində yazmağa üstünlük verir) deyilir: "предлагаю президенту Ирана Ахмадинежаду, на день святого Валентины подарить галстук и бритву gillette ))"

Göründüyü kimi, istedadlı ssenarist 14 fevral tarixini gözləmədən beynəlxalq "Sevgililər günü"ndə İran prezidentinə qalstuk və "Gillette" markalı üzqırxan bağışlamaq istəyir.

Şəlalə Nəriman

O.M.