Faiq Ağayevin səhhətində problem var?

Faiq Ağayevin səhhətində problem var?

19 May 2012 21:00
Bəyəndim (0) Bəyənmədim (0)
Xalq artistini Naftalanda görüblər

Bir-iki gün bundan əvvəl xalq artisti Faiq Ağayevi Naftalan Sağlamlıq Mərkəzində görüblər. Deyilənə görə, müğənninin səhhətində problemlər olduğundan o, hər kəsdən gizlin müalicə almaqdadır.

Məlumatı dəqiqləşdirmək qərarına gəldik. Məlum oldu ki, Faiqin səhhətində heç bir narahatçılıq yoxdur. Doğrudur, o, Naftalanda olub, amma anası Səfiyyə Ağayevanı müayinəyə aparıb. Xoşbəxtlikdən Hacı xanımın sağlamlığı da yerindədir. Sadəcə olaraq, hər ehtimala qarşı Naftalandakı Sağlamlıq Mərkəzində bir qədər müayinədən keçməyi düşünüb. Yeri gəlmişkən, 100% F.A. da Naftalanın gözəlliyinə, fərqli abu-havasına vurulub. "Naftalan mənim çox xoşuma gəldi. Məftunedici təbiət. Təəssüratım super!" - deyən Faiq Ağayev sosial şəbəkədə fikrini bu cür izah edib.

Könül Aypara