Samirənin ikinci övladının gəlişinə az qalıb

Samirənin ikinci övladının gəlişinə az qalıb

16 May 2012 13:13
Bəyəndim (0) Bəyənmədim (0)
Muğənni növbəti dəfə müayinədən keçdi

Başımız "Eurovision-2012 Baku"ya qarışsa da, şou-biznesimizi heç də unutmamışıq. 14 illdir professional fəaliyyət göstərən "Oxu Məni" olaraq bir çox ulduzlar haqda ən son eksklüziv məlumatları toplayıb, oxucularımızla bölüşmüşük. Əlbəttə, vəzifə borcumuzu yerinə yetirmişik. İncəsənət aləmində baş verən xoş xəbərləri şadyanalıqla, bəd xəbərləri isə təəssüflə sizlərlə paylaşmışıq. Şou-biznesdə ailə quranlardan tutmuş boşananlara kimi, nişanlılardan tutmuş eşq yaşayanlara kimi məlumatlanmısınız. İndi isə daha bir xəbəri bölüşməyin vaxtıdır. Bu məlumat müğənni Samirə Allahverdi ilə bağlıdır.

Hər zaman əxlaqı, tərbiyəsi, mədəniyyəti ilə fərqlənən Samirənin şəxsi həyatında yenilik baş verəcək. Bəli, o, tezliklə ikinci dəfə ana olacaq. Bəzi həmkarlarından fərqli olaraq, bunu heç də şişirtməyən müğənninin bətnindəki körpəsinin dünyaya gəlməsinə sayılı günlər qalıb. O, bir neçı gün bundan əvvəl Mamalıq və Ginekologiya İnstitutunda fəaliyyət göstərən həkim Önderin qəbulunda olub. Müayinə zamanı məlum olub ki, ananın da, körpənin də vəziyyəti normaldır və müğənni xanım övladını dünyaya gətirməyə tam hazırdır. Samirə bu xəbərdən son dərəcə razı qalıb və aylardır onun və körpəsinin sağlamlığına nəzarət edən həkiminə minnətdarlığını bildirib.

Tezliklə xoş xəbəri paylaşmaq ümidilə:

Könül Aypara