
Rembo bu dəfə Meksikaya üz tutur
Yeni filmi haqda Stallonenin özü danışıb
Ünlü amerikalı aktyor Silvestr Stallone Vyetnamda vuruşan ABŞ hərbçisini canlandırdığı "Rembo" silsiləsinin beşinci bölümünü çəkməyə hazılaşır. 65 yaşlı ünlü "MTV"yə verdiyi açıqlamasında son filminin ssenarisi üzərində işlədiyini və Rembonun bu dəfə Meksikadakı narkotik baronlarına qarşı mübarizə edəcəyini bildirdi.
Stallone "Rembo" filmini ilk dəfə 1982-ci ildə lentə almışdı. Daha sonra 2008-ci ildə eyni adlı film yeni versiyada izləyicilərə təqdim olunub. Bir boksyoru canlandırdığı "Rokki" ilə pikə oturan Stallone "Cəhənnəm Mələkləri 2" filmində oynayıb.
Günel Həbib
O.M.
Digər xəbərlər