Mirsaleh Muradov qutabxanasından razıdır

Mirsaleh Muradov qutabxanasından razıdır

4 Aprel 2011 14:31
Bəyəndim (0) Bəyənmədim (0)
"Şou-biznesdən soyudum"

Sənətdən uzaqlaşan Mirsaleh Muradov haqqında yenilik əldə etmişik. Sən demə, keşmiş müğənni indi qutab satmaqla məşğuldur. 9-cu mikrorayon, Mir-Cəlal küçəsində M.Muradovun özünəməxsus qutab evi var, hansi ki, burada göy qutabdan tutmuş "Corat" qutabına kimi satılır. O, şəxsən müştəriləriylə məşğul olur və onların razı qalmasından ötrü əlindən gələni əsirgəmir. Qutab evindəki yüksək xidmət, səliqə-sahman könül oxşasa da, çoxları bu məkana daxil ola bilmir, səbəb də qiymətlərin yüksək olmasıdır. Buna aydınlıq gətirmək üçün Mirsaleh Muradovla telefon bağlantısı yaratdıq.

- Yox, mən deməzdim ki, bahaçılıqdır. Bunlar xüsusi qutablardır, hansı ki, Coratda 80 qəpiyədir, mən isə 50 qəpiyə satıram. Tərkibinə isə söz ola bilməz.

- Ünlülərdən, keçmiş həmkarlarınızdan kafenizə təşrif buyuran olubmu?

- Yox, mən də heç kimi dəvət etməmişəm.

- Deyəsən, artıq şou-biznesdən tamamilə uzaqlaşmısınız...

- Bəli, soyumuşam, çəkilib durmuşam qıraqda. Çağırılmayan yerə niyə getməliyəm ki? Şükür Allaha, hər şey qaydasındadır, hələlik yeni proyektim yoxdur.

Atalar 3-dən deyiblər. Müğənnilik, zərgərlik, indi isə qutab biznesi. Yəqin ki, eks müğənninin mahnılarından doymayan tamaşaçılar onun kafesində bişirilmiş dadlı yeməklərdən doymalı olacaqlar...

Könül Aypara

O.M.