Qladiator Nuh Peyğəmbər olacaq!

Qladiator Nuh Peyğəmbər olacaq!

24 Aprel 2012 00:42
Bəyəndim (0) Bəyənmədim (0)
Aktyorun yeni filmi 2014-cü ildə hazır olacaq

Russel Krou Daren Aronfskinin "Nuh" ("Noah") adlı filmində rol alacaq. " Paramount Pictures" və "New Regency Productions" aylardır davam edən münaqişələrinə son verərək, nəhayət ki, ortaq məxrəcə gəldilər. Onlar yeni filmdə baş rolçu kimi Russel görmək istədilər. Nuh Peyğəmbər və onun tufandan qaçmaq üçün inşa etdiyi gəmi ilə bağlı film bu ilin iyul ayından etibarən Nyu-York və İslandiyada lentə köçürüləcək. Çox güman ki, bizlər 2014-cü ildə onu izləmə imkanına malik olacağıq.

Xatırladaq ki, Russel Krounu dünya "Qladiator" filmindən yaxşı tanıyır. Hətta bu roluna görə o, "Ən yaxşı aktyor" kimi "Oskar"a da layiq görülüb. O ki qladı rejissor Daren Aronfskiyə, onun adı vaxtilə "Qara qu" filmi ilə "Oskar" namizədləri arasında yer alıb.

Günel Həbib

O.M.