Gələn ay "Salam olsun rəhbərimə" adlı yeni mahnı işıq üzü görəcək
May ayında nəğməkar şair, gənc jurnalist Fuad Biləsuvarlının sözlərinə bəstəkar Vüsalə Hikmətin bəstələdiyi yeni mahnı işıq üzü görəcək. Şairin oxumeni.az-a verdiyi məlumata görə, mahnı prezidentimiz İlham
Əliyevə ithaf olunub. Mahnının adından göründüyü kimi, "Salam olsun rəhbərimə" başlıqlı sözlər prezidentimizin uğurlu daxili və xarici siyasətinə xalqın yüksək qiymətindən bəhs olunur. Himn janrında yazılmış yeni bəstəni ifa etmək üçün səs diapazonu geniş olan, bariton səsə malik bir neçə müğənni namizəd görülüb. Şairin fikrincə, böyük ehtimalla mahnını xalq artistlərindən biri ifa edəcək.
O.M.
Digər xəbərlər