Röya Ayxan bu gün yeni klipi ilə Azərbaycana qayıdır

Röya Ayxan bu gün yeni klipi ilə Azərbaycana qayıdır

31 Mart 2012 23:29
Bəyəndim (0) Bəyənmədim (0)
İsti xəbərdən xəbərdar olun...

Əksəriyyətiniz artıq xəbərdarsınız ki, son zamanlar Azərbaycan estradasında sözün əsl mənasında "at oynadan", durmadan öz üzərində işləyən, gündən-günə fan ordusu daha da çoxalan Röya qardaş ölkəyə üz tutmuşdu. Çünki o, yenicə bəstələnmiş mahnısının ekranlaşdırılmış variantını lentə almaq fikrində idi.

Oxumeni.az-ın əldə etdiyi isti xəbərə görə, Röya Ayxanın klip çəkilişləri artıq başa çatıb. Hər şey müğənninin və onun komandasının planlaşdırdığı kimi reallaşıb. Slou bir mahnıya villa tipli evdə klip çəkən star işlərini lazımınca tamamlayıb. Və artıq Röya heyəti ilə bu gün Bakıya qayıdır.

Günel Həbib