Dima Bilan cinsi həyatdan imtina edir

Dima Bilan cinsi həyatdan imtina edir

16 Mart 2012 16:44
Bəyəndim (0) Bəyənmədim (0)
Müğənni yeni həyata başlayıb

"Eurovision-2008"-in qalibi olmuş, ölkəmizdə çoxsaylı pərəstişkara malik olan Dima Bilan yeni həyata qədəm basdığını bəyan edib. ТСН-in məlumatına görə, müğənni Twitter səhifəsinə yazdığı qeydləri ilə çoxlarını təəccübləndirə bilib. İlk əvvəl müğənni ona ünvanlanmış ismarışların hamısını silib və bu barədə yazıb: "Bilərəkdən bir andaca minlərlə məktubu sildim. Sandığım boşdur, deməli, yeni həyatım başlayır". Müğənni yeni həyatında cinsi əlaqələrə yer verməyəcəyini bildirərək əlavə edib: "Beyin bədənin ömür boyu qazandığı kalorilərinin 20%-ni yeyir. İnsan ağıllı olduqca sevişməklə az məşğul olmağa başlayır. Mən də artıq sağlamlığıma fikir verməyə başlamışam."

Sevişməkdən imtina edən müğənni sevilməkdən məhrum ola bilər...

Aqil Hüseynov

O.M.