J.Lo ərə gedir...

J.Lo ərə gedir...

15 Mart 2012 22:06
Bəyəndim (0) Bəyənmədim (0)
Müğənninin dublyoru kişi imiş

Amerikalı müğənni Cenifer Lopez 'Follow The Leader' isimli yeni klipini Meksikada çəkdi. Çəkilişlər zamanı cazibədar ulduzun dublyoru bir kişi oldu. Kişi dublyoru uzun saçları və libası ilə Ceniferdən ayırd etmək demək olar ki, mümkün olmayıb. Klipin rejissoru isə dörd aydır müğənni ilə ilişki yaşayan 24 yaşlı Kasper Smart oldu.

"Oxumeni.az"ın məlumatına görə, J.Lo növbəti dəfə ərə getməyə hazırlaşır. Bu haqda dəb ustası – məşhur dizayner Roberto Cavalli "Twitter" səhifəsində yazıb: "Bu gün Cenifer mənə zəng etdi və onunu üçün özəl bir paltar tikməyimi istədi. Üstəlik, yeni evliliyi üçün! Hansı rəngdə və formada olması seçimini isə mənim ixtiyarıma buraxdı".

Günel Həbib