Ebru Gündeş yeni "oyuncağı" ilə "Formula 1" yarışlarında iştirak edə bilər

Ebru Gündeş yeni "oyuncağı" ilə "Formula 1" yarışlarında iştirak edə bilər

15 Mart 2012 21:55
Bəyəndim (0) Bəyənmədim (0)


Rza Zərrab həyat yodaşı Ebru Gündeşə onu sevincdən göylərə uçurdacaq yeni bir hədiyyə aldı. Bu hədiyyə tam 150 min avro dəyərindədir!

Həmyerlimiz onun üçün qız övladı dünyaya gətirən müğənnini bir-birindən dəyərli hədiyyələri ilə ərköyünləşdirməyə davam edir. Belə ki, əvvəlcə əri tərəfindən ona təxminən 260 min avro dəyərində "Bmw7.60" markalı maşın hədiyyə edilən Ebrunun istəyinə görə daha sonra avtomobili 160 min avro qiyməti olan "Aston Martin DB9"la dəyişdirilib.

Zərrab idman üslubunda olan avtomobillərin – özəlliklə " Porsche" markasının düşkünü olan qızının anasına 360 min avro dəyərində son model " Porsche 911 Turbo S Cabriolet" alaraq, onun ayaqlarını yerdən üzüb.

Günel Həbib