Səidə Sultan milyonerə ərə getməyə hazırlaşır?!

Səidə Sultan milyonerə ərə getməyə hazırlaşır?!

15 Mart 2012 12:02
Bəyəndim (0) Bəyənmədim (0)
"Mənim ağzım yırtıqdır, çoxdan aləmə xəbər vermişdim"

Şou-biznes aləmində bir ara müğənnilər bir-birinin ardınca toy etməkdə idilər. Kimisi gəlinlik, kimisi isə bəylik geyinib, yuxarı başda otururdular. Sonradan bu ailələrin bəziləri dağıldı, bəzisi isə əksinə, daha da qol-budaq atdı.

Hazırda şou-biznes nümayəndələrinin toy məsələlərində bir növ durğunluq sezilir. Amma narahatçılığa dəyməz. Eşitdiyimizə görə, Səidə Sultangildə çal-çağır olacaq. Daha doğrusu, müğənni xanım artıq səssiz-sədasız nişanlanıb. Özü də kürəkən elə-belə adam deyil, Rusiyada yaşayıb, tanınmış biznesmenə çevrilən həmyerlimizdir.
Toyun tarixini dəqiqləşdirməkdən ötrü Səidə Sultanla əlaqə saxladıq. Bununla da bütün ümidlərimiz boşa çıxdı:
- Ay qız, nə toy, nə nişan? Belə şey yoxdur! Bir gör e, artıq oğlan da tapıblar, özü də milyoner! Ağzınızdan eşidək! Həqiqətən də belə xəbər yoxdur. Başqalarına ağlınız getməsin e, mənim ağzım yırtıqdır, çoxdan aləmə xəbər vermişdim.

Şou biznes nümayəndəsi olan etibarlı mənbənin məlumatına görə, Səidə Sultan doğrudan da nişanlanıb. Sadəcə, gözə gəlməkdən qorxduğu üçün həqiqəti hər kəsdən gizlədir.

Könül Aypara
O.M.