Murat Boz məmurlardan birinin məclisinə dəvət alıb

Murat Boz məmurlardan birinin məclisinə dəvət alıb

15 Mart 2012 10:56
Bəyəndim (0) Bəyənmədim (0)
Pop ulduzun bir gün də Azərbaycanda qalacağı gözlənilir

Mart ayının 21-də Türkiyənin pop ulduzlarından biri olan Murat Boz Bakıya gələcək. Səfərin məqsədi Novruz bayramı ilə əlaqədar Dəniz Vağzalında konsert proqramı ilə çıxış etməkdir. Belə ki, 28 nəfər musiqi heyəti ilə Azərbaycana təşrif buyuracaq ulduz 90 dəqiqə ərzində səhnədə olacaq. Konsertdə Muratdan öncə Azərbaycanı "Eurovision-2008" Mahnı müsabiqəsində təmsil etmiş Elnur Hüseynovun çıxışı da nəzərdə tutulub. Aparıcılar isə Nanə Ağamalıyeva ilə İlkin Həsənidir.

Ancaq elə bilməyin ki, Murat Boz bununla kifayətlənəcək. Etibarlı mənbədən aldığımız məlumata görə, müğənni musiqi heyətini yola saldıqdan sonra bir gün də Azərbaycanda qalacaq. Dövlət Komitəsi rəhbərlərindən birinin dəvəti ilə 20 min ABŞ dolları qonorar müqabilində M.Boz dilbər guşələri ilə fərqlənən rayonlarımızdan birinə yola düşəcək. Burada o, həmin məmurun ailə üzvləri ilə yanaşı dostlarını, tanışlarını, yaxın qohumlarını, bir sözlə, oturub-durduğu adamları Novruz bayramı münasibətilə təbrik edib, sevilib-seçilən mahnılarını ərməğan edəcək. Məlumatda o da bildirilir ki, həmin gün məmurun qardaşı nəvəsinin kiçik toy məclisinə təsadüf edir.

Könül Aypara

O.M.