Yeni il gecəsi 2 milyon qazanacaq

Yeni il gecəsi 2 milyon qazanacaq

2 Dekabr 2019 09:36
Bəyəndim (1) Bəyənmədim (0)

Türkiyənin pop ulduzu Tarkanın Yeni il gecəsi əldə edəcəyi qonorarın miqdarı açıqlanıb. Oxumeni.az xəbər verir ki, o, bu dəfə Şimali Kiprdə səhnəyə çıxacaq.

Müğənni-bəstəkar 2020-ci ili qarşılamaq üçün 2 milyon TL (591 min 200 AZN) pul alacaq. Bununla da, sənətçi Yeni il gecəsində ən çox qonorar alan türk sənətçisi olacaq.

Siyahıda ikinci yeri isə Hadisə tutur. O da Kiprdə səhnəyə çıxaraq 800 min lirə (236 min 480 AZN) qazanacaq.

Kiprdə çıxış edən digər sənətçi isə Ebru Gündeş olacaq. İfaçı bunun qarşılığında 600 min TL (177 min 360 AZN) pul alacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az