"İnciməyin, müğənnilər ayrı tayfadır"

"İnciməyin, müğənnilər ayrı tayfadır"

1 Mart 2012 14:29
Bəyəndim (0) Bəyənmədim (0)
Elçin Əlibəyli əməkdaşımıza özünü müğənnilərdən qorumağı tapşırdı

Çoxdandır efirlərdə görünməyən, barəsində təzadlı fikirlər söylənilən istedadlı televiziya aparıcısı Elçin Əlibəyli son zamanlar kəskin yazıları ilə qalmaqalların episentrində olan Şəlalə Nərimana bir neçə məsləhət verdi. E.Əlibəyli efirlərdən uzaq olsa da, bəzi verilişləri hələ də izləməkdədir. Odur ki, televiziya aləminə, onun bir parçası olan şou-biznes kateqoriyasına yaxından bələd olduğu üçün fikirlərini Ş.Nərimanla bölüşdü: "Yazılarınızı izləyirəm. Tanrı sizə işıqlı yollar bəxş etsin. Ürəyinizdə günəş olsun. Verilişə baxdım, amma qalmaqalda olmağınız ruhumca olmadı. İnciməyin, müğənnilər ayrı tayfadır. 15 ildə mən onlardan baş çıxarmadım. Sənətlə məşğul olanları demirəm, manısları nəzərdə tuturam".

Əməkdaşımız bəzi şou-biznes nümayəndələrinin riyakarlığını, dedikləri sözləri təkzib etmələrini bildirdikdən sonra Elçin Əlibəyli onu bu məsələdə son dərəcə ehtiyatlı olmağa çağırdı: "Hələ istəyirdiniz boyunlarına alsınlar? Təbrik edirəm, amma bundan sonra onların gizli savaşları başlayacaq. Özünüzü qoruyun. Eşq olsun".

Bu yerdə Elçin Əlibəylinin facebook sosial şəbəkəsində paylaşdığı rəyi nəzərinizə çatdırmaq istərdik: "Bir saat televiziyada işləsəydiniz, başqa cür düşünərdiniz".

Televiziya insanı olduğu kimi göstərmir. Və ya ekran qarşısına çıxan obyekt özünü başqa cür təqdim etməyə çalışır. Yalnız istedadlı jurnalist həqiqəti olduğu kimi görə bildiyi üçün göstərməyi bacarır.

Könül Aypara

O.M.