"Gün keçir"də "Oxumeni.az"ın qaldırdığı məsələlər müzakirə olundu

"Gün keçir"də "Oxumeni.az"ın qaldırdığı məsələlər müzakirə olundu

1 Mart 2012 12:12
Bəyəndim (0) Bəyənmədim (0)
Müğənnilərlə jurnalistin qalmaqalı düşdü

"Gün keçir" proqramının bugünkü canlı yayımı da həmişəki kimi sürətli dinamikası ilə yadda qaldı. Mövzu "qalmaqal" olduğundan, bu psixoloji fəsadın jurnalistlər və ya müğənnilər tərəfindən ortalığa atıldığı müzakirə olundu. Əvvəlcə Avropa radiosunda çıxışına əsasən 08.02.2012-ci ildə "Oxumeni.az"da yer almış "Rüfət Axundov jurnalistləri yalançı adlandırdı" başlıqlı məqalə müzakirə olundu. Bu zaman studiyada olan jurnalist Şahin Cavadsoy indən belə Rüfət Axundovla bağlı mövzuları qələmə almayacağını bildirdi. Verilişi məharətlə davam etdirən aparıcı Nanə Ağamalıyeva hər kəsə danışmaq üçün şərait yaratmaqla yanaşı müğənniyə öz jurnalist fikirlərini bildirməyi də unutmadı.

Daha sonra Avropa radiosunda çıxışına əsasən 20.02.2012-ci ildə "Oxumeni.az"da işıqlandırılmış "Nüşabə Ələsgərli həmkarlarını bir-bir tənqid etdi" başlıqlı məqalə təhlil edildi. Studiyaya dəvət alan müğənni ilk dəqiqələrdən aqressivlik nümayiş etdirərək sualları təzadlı şəkildə və yüksək tonla cavablandırmağa başladı. Bu zaman yenidən müğənni ilə jurnalist Şahin Cavadsoy arasında qalmaqal yaşandı. N.Ağamalıyeva ustalıqla bu mübahisəni də yatırdaraq, haqqın təntənəsinə nail oldu.

Beləcə, bugünkü gün də "Gün keçir"də belə keçdi.

Qalmaqal kəlməsi müxtəlif cür yozula bilər. Onu kəlmə olaraq qalmaqal sözlərinin birləşməsi kimi araşdırsaq, görərik ki, davadan geri qalmaq istəməyən müğənni sonradan sənətdən geri qalır. Bu yolu seçən istənilən şou-biznes əhli sonradan günahı başqasında axtarmalı olur, əsasən də jurnalistlərdə.

Şəlalə Nəriman

O.M.