
Rusiyada Azərbaycan vətəndaşının evindən 22 kiloqramdan çox narkotik maddə aşkar edildi
Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sverdlovsk vilayəti üzrə İdarəsinin əməkdaşları Azərbaycan vətəndaşını həbs ediblər. Vilayətin Boqdanoviç rayonunda yaşayan Azərbaycan vətəndaşı Bayram Məmmədovun evinə baxış keçirilərkən 22 kiloqramdan çox həşiş və odlu silah aşkarlanıb. B.Məmmədov haqqında cinayət işi qaldırılıb. Onu 20 il azadlıqdan məhrumetmə cəzası gözləyir.
O.M.
Digər xəbərlər