
Məşhur kinorejissor Oliver Stounun oğlu müsəlman oldu
ABŞ-ın tanınmış kinorejissoru və prodüseri Oliver Stounun oğlu Şon İranda islam dinini qəbul edərək müsəlman olub. Britaniyanın "The Daily Telegraph" qəzetinin məlumatına görə, Şonun yeni adı Əlidir. Əli İsfahanda olarkən qərarını bu cür açıqlayıb: "İslamı qəbul etmək xristianlıqdan və yəhudilikdən uzaqlaşmaq deyil. Bu o deməkdir ki, mən Məhəmmədi də başqa peyğəmbərlər kimi qəbul edirəm."
Xatırladaq ki, Şonun atası yəhudi, anası xaçpərəstdir. İran mətbuatının məlumatına görə, o, müsəlmanlığın şiə təriqətini qəbul edib. O da atası kimi rejissordur və İranda sənədli film üzərində işləyir. Şon Hollivudda çəkilmiş bir neçə bədii filmdə epizodik rol alıb.
Müsəlman xristianlığı qəbul etmiş olsaydı, onun ölümünə fitva verilərdi...
Aqil Hüseynov
O.M.