Demi Mur "Elit narko-dispanser"də müalicə alır

Demi Mur "Elit narko-dispanser"də müalicə alır

7 Fevral 2012 14:30
Bəyəndim (0) Bəyənmədim (0)
Aktrisa etiraf edib ki, çox sevdiyi aktyor Eşton Katçerlə ayrılığını ağır keçirir

РИА Новости-nin "Fox News" jurnalına istinadən yaydığı məlumata görə, məşhur Hollivud ulduzu Demi Mur Yuta ştatının reabilitasiya mərkəzinə yerləşdirib. Aktrisa etiraf edib ki, çox sevdiyi aktyor Eşton Katçerlə ayrılığını ağır keçirir. Odur ki, depressiyaya düşdüyündən 30 gün ərzində məşhur "Cirque Lodge" klinikasında müalicə almalı olacaq.

Xatırladaq ki, həmin klinikada Lindsi Loxan, Meri Keyt Olsen və Yeva Mendes kimi tanınmış ulduzlar müalicə alıblar. Klinika ulduzlar arasında "Elit narko-dispanser" adlanır.

Şou biznes nehrədəki qatıq kimidir. Silkələndikcə ayranı yağından ayrılır...

Murad Şahməmmədov

O.M.