
Harri Potter rolunun ifaçısı filmə sərxoş halda çəkilirdi
Britaniyalı
aktyor Deniel Redkliff etiraf edib ki, Harri Potter roluna çəkilərkən hər zaman
sərxoş vəziyyətdə olub. O, çəkiliş zamanı içməyə üstünlük vermədiyini desə də,
hər axşam yaddaşını itirənə qədər içdiyini bildirib. Like.lb.ua saytının
məlumatına görə, aktyor uzun müddət əyyaşlıqdan əziyyət çəkdiyini xüsusilə
vurğulayıb: "Mən zərərli vərdişlərə meylliyəm. Mənim kimi adamlar pis
vərdişlərini gizlədirlər. Mən isə gizlətmirəm, əyyaş olmuşam. Hətta göstərə
bilərəm ki, bir çox səhnələrin çəkilişi zamanı ayaq-üstə güclə dayanmışam."
Xatırladaq ki, Coan Roulinqin ekranlaşdırılmış 8 romanında Deniel Redkliff baş
qəhrəmanı canlandırıb. Yeniyetmə vaxtlarından bu filmlə məşhurlaşıb. Böyük
Britaniya qanunlarına görə, 18 yaşından etibarən hər kəs alkoqollu içkilər
qəbul edə bilər. Deniel Redkliffin əyyaş olduğu haqda dedi-qodular da məhz 18
yaşından sonra yayılmağa başlayıb.
Elə ona görə də Harri Potter filmlərinə ayıq başla baxmaq olmur...
Murad Şahməmmədov
O.M.