Prokurorluq tanınmış aktrisa ilə bağlı istintaqa başladı

Prokurorluq tanınmış aktrisa ilə bağlı istintaqa başladı

6 Yanvar 2019 08:22
Bəyəndim (0) Bəyənmədim (0)

İstanbul prokurorluğu Türkiyənin tanınmış aktrisası Dəniz Çakırla bağlı istintaqa başlayıb.

Xezerxeber.az Anadolu Agentliyinə istinadla xəbər verir ki, prokurorluq aktrisanı başı örtülü qadınları təhqir etdiyi üçün məsuliyyətə cəlb edir. Qeyd olunur ki, aktrisa ticarət mərkəzlərinin birində bir qrup başı örtülü qadınla mübahisə zamanı onları təhqir edib. Prokurorluğa şikayət edən qadınlar aktrisanın onların konstitusion hüquqlarını pozduğunu iddia ediblər.