Emrah dayısı oğlunu məhkəməyə verdi

Emrah dayısı oğlunu məhkəməyə verdi

12 Yanvar 2012 22:39
Bəyəndim (0) Bəyənmədim (0)

Müğənni və aktyor Emrah bir tv kanalına çıxıb, "Əmlak kralı olan Emrah 86 yaşındakı atamı, yəni dayısını evindən küçəyə atdı", - deyə açıqlama verən dayısı oğluna qəzəbləndi. O, şikayət ərizəsi ilə məhkəməyə müraciət etməklə dayısı oğlunun sözlərinə od püskürdü. 30 ildir ölkəsinin ən tanınmış şəxsiyyətlərindən olan ulduz əks tərəfdən 50 min manat təzminat istədi. O, "Mersindəki evimi dayıma vermişdim. O öz xoşu ilə evdən köçdü, mən də əmlakımı satdım", - dedi.

Onu da qeyd edək ki, məhkəməyə verilənlər arasında bu xəbəri yayımlayan 2 qəzetlə, 5 internet xəbər portalı da var.

Günel Həbib

O.M.