
Aygün Kazımova tender elan etdi
"Bir ildir ki, deyilir, Röya ilə Aygün duet oxuyacaqlar. Amma heç cür alınmırdı. Nəhayət, Röya ilə belə qərara gəldik ki, "Mən Röyayam" mahnısının sözlərini dəyişdirib, bu Yeni ildə tamaşaçılara hədiyyə edək. Röyanın həyat yoldaşına məxsus "Karaoke" mərkəzində ilk dəfə bu mahnını oxuduq, alqışlara səbəb oldu. İndi media vasitəsilə tender elan edirəm, hansı bəstəkar Röya ilə mənə aid olan "partladacaq" bir mahnı yazsa, onu birlikdə ifa edəcəyik. Həmçinin, Röya ilə bərabər həmin mahnıya vəsait ayırıb, qeyri-adi bir klip də çəkdirəcəyik", - deyə açıqlama verən xalq artisti Aygün Kazımova Yeni il bayramı münasibətilə bütün azərbaycanlıları təbrik edib, hər kəcə cansağlığı, sevgi-məhəbbət arzulayıb.
O ki qaldı Aygünün 2012-ni harada qarşılamağına, divamız 31 dekabrı restoranları gəzərək pul qazanmaqla məşğul olacaq. Bu il tam fərqli. Yəni mahnılarını Namiq Qaraçuxurlusuz ifa etməli olacaq.
Könül Aypara
O.M.