Tarkanın 500 manatlıq biletləri satışda yoxdur

Tarkanın 500 manatlıq biletləri satışda yoxdur

29 Dekabr 2011 16:15
Bəyəndim (0) Bəyənmədim (0)
""Eurovision-2012"dən sonra ikinci möhtəşəm konsert olacaq"

2011-ci ilin sonuncu günündə meqastar Tarkan Azərbaycana gələrək, 2012-ci ili bizlərlə qarşılayacaq. Bu qeyri-adiliyin təşkilatçısı Aycan xanımın mediaya açıqlamasından belə çıxır ki, möhtəşəm konsertin biletləri 100, 300 və 500 manat arasındadır. 500 manatlıq biletlər artıq satışda yoxdur. Xüsusi olaraq məhz tələbələr üçün iki günlük kampaniya təşkil olunub, hansı ki, həmin kampaniya ərəfəsində biletlərin qiymətləri nisbətən münasib olub. Artıq kampaniya bitib.

Tarkanın konsertinin təşkil olunduğu məkanın dekorasiyası üzərində Türkiyədən dəvət olunmuş şirkət çalışmaqdadır, hansı ki, bu şirkətdə 1200 nəfər fəaliyyət göstərir. Bundan başqa, biletlərə yüksək qiymət verənlər nəinki Tarkanın mahnılarını dinləmək, həmçinin, yemək-içməklə də təmin olunacaqlar. Aycan xanımın dediyinə görə, bu, həqiqətən də çox fərqli bir konsert olacaq, Azərbaycanda "Eurovision-2012"-nin təşkilatçılığından sonra ikinci görünməmiş, uzun müddət səs-küyə səbəb olacaq bir konsert təşkil olunub.

Göydən düşən gözəl qızların süzdüyü içkilərdən dada-dada Tarkanın səsindən feyzyab olmaq istəyirsinizsə, onda gərək pulunuzdan keçəsiniz...

Könül Aypara

O.M.