
Bu il Röya həmkarlarından fərqləndi
2011-ci ildən son dərəcə məmnun qalanlar arasında Röya Ayxan da var. O, bu il yaradıcılığı ilə həmkarlarını geridə qoymağı bacardı. Belə ki, bəstəkar Hüseyn Abdullayevə məxsus "Sənə görə" mahnısı "İlin mahnısı" seçildi. Bundan başqa, Röya 2011-ci ildə bir çox bəstəkarlarla işləyərək, yeniliklər etdi. O, həmçinin səhnəyə atılan Sevincə dəstək olaraq, onunla duet oxudu. Nailə Mirməmmədliyə məxsus "Qocalma, ay ürək" mahnısını Niyaməddin Salami ilə birgə duet oxudu. Baxmayaraq ki, Sevda Yəhyayeva ilə qalmaqalı düşən zaman, "indən belə heç kimi dəstəkləməyəcək, heç kimlə duet oxumayacağam!" - deyə etirazını bildirmişdi. "Üzümüzə gələn yeni ildə bütün azərbaycanlılara xoşbəxt həyat, bol sevinc və ruzi-bərəkət arzulayıram! Hər birinizin həyat yolunda yalnız yaşıl işıq yansın!" - deyə arzularını bildirən Röya bu ili küsülü qaldığı Zamiq, stilist Anar və Aygün Kazımova ilə barışıqla başa vurdu. Beləcə, şou-biznes aləmində barışıq dəbə düşmüş oldu. Hazırda vaxt var ikən bir çox küsülü müğənnilər 2012-ci ilə barışıqla qədəm basmağa üstünlük verməyə başlayıblar.
Unutmamış onu da əlavə edək ki, dünya şöhrətli Beyonsun pərəstişkarı olan Röya 2012-ci ildə qeyri-adi bir konsert verməyi düşünür. Daha doğrusu, Beyons stilində.
Könül Aypara
O.M.