Naxçıvanda yeni milli musiqi aləti yarandı

Naxçıvanda yeni milli musiqi aləti yarandı

29 Dekabr 2011 00:01
Bəyəndim (0) Bəyənmədim (0)
3 alətin birləşməsindən yaranan musiqi alətinə "Türk dünyası birliyi" adı qoyuldu

Naxçıvan muxtar respublikasının aşıqlar birliyinin sədri İxtiyar Seyidov yeni bir alət icad etdi. Bu alət türk millətinin birliyinin nişanəsi kimi təqdim olundu. Müəllif Tambur, Saz və Cəng musiqi alətlərinin birləşməsindən yaranan yeni alətə "Türk dünyası birliyi" adını qoydu. Oxumeni.az-a məlumat verən İ.Seyidov yeni aləti heç bir dövlətə verməyəcəyini açıqladı: "bu aləti sadəcə Naxçıvanda saxlayacam. Bu alət milli bir dəyər olaraq Azərbaycanın Naxçıvan bölgəsində qalacaq."

Ali Kan - Naxçıvan

O.M.