Stilist Anar Ayanı tanımır

Stilist Anar Ayanı tanımır

27 Dekabr 2011 13:54
Bəyəndim (0) Bəyənmədim (0)

Artıq 16 yaşından etibarən peşəsi üzrə tanınan saç ustası Anar Ağakişiyev son illər stilist kimi də fəaliyyət göstərməkdədir. Nəinki sıravi vətəndaşlarla, həmçinin şou-biznes nümayəndələri ilə işləyən Anar artıq peşəkarlığı ilə seçilir deyə, çoxları ona müraciət etməkdədir. O, 2011-ci ildə "partladan" müğənnilərdən yalnız Röya və Aygün Kazımovanı hesab edir. Müğənni Ayana gəldikdə isə stilist fikrini bu cür bildirdi: "Bu qızı yalnız bircə dəfə görmüşəm efirdə, tanımıram onu, nə isə..."

Anar 2011-ci ildə küsülü qaldığı Röya Ayxan, aktrisa Kamilə və həmkarı və adaşı Anar Məmmədovla barışsa da, deyəsən, 2012-ci ildə bir çoxlarından küsəcək.

Könül Aypara