
Rəqsanə göz yaşlarına boğuldu!
Avtoqəzadan sonra burnunda, üzünün müxtəlif hissələrində çapıqlar yaranmış və bu uzdən plastik əməliyyat olunan Rəqsanə İsmayılova artıq özünü yaxşı hiss edir. O eks prodüserinə cavab verməkdən ötrü bir müddət öncə "Gün keçır" verilişinin qonağı oldu. "Prodüserim Təranə Səmədova sizin verilişinizə çıxıb, haqqımda xoşagəlməz sözlər danışdı. O vaxt mən əməliyyatdaydım. Dünən mənə mesaj gəlib ki, axşam şoka düşəcəksən. Məlum oldu ki, Təranə qızımın şəkillərini odnoklassnikə, facebooka qoyub, altında isə mənimlə anamın nömrəsini yazıb. Uşaq səhərə kimi ağlayıb. Bu nə dərəcədə doğrudur? Ayıb deyil? Heç utanırsınız? Axı sən Təranə evimin başında olmusan, süfrəmdə oturmusan, mənimlə duz-çörək kəsmisən. Anamla bacımın adını niyə çəkirsən? Uşaqlarımla nə işin var? Yağmurun dörd yaşı var, köhnə söhbətləri açmağın nə mənası? Sənin də həyatında çox insanlar olub, çox adam sevmisən. Müğənni Kərim səni boşadı. Qaldın təmətəkcə. İndi biri ilə yaşayırsan, ondan uşaq dünyaya gətirmisən. Subay oğlandır, hər zaman səni atıb, başqası ilə evlənə bilər. Gör heç mən sənin ananın, uşağının adını hallandırıram? Bunu 100% Təranə edib. Mübahisədən əvvəl niyə qoymamışdılar internetə? Uşaqdır da, belə dayanıb, elə dayanıb şəkil çəkdirib. Həmin şəkilləri Təranə telefonu ilə çəkib, nə qədər dansa da, bu, belədir. Utan! Ayıb olsun sənə! Mənim balalarımın məndən başqa heç kimi yoxdur, buna baxmayaraq, mən uşaqlarıma sataşan adamı məhv edərəm! Türməyə düşsəm də. Nə istəyirsiniz Rəqsanədən? Daha bacarmıram bunlarla. Ona görə də Nərimanov rayon polis idarəsinə müraciət etmişəm, qoy mənə yardımçı olsunlar, ölçü götürsünlər!" - deyən Rəqsanə canlı efir zamanı göz yaşlarına hakim ola bilmədi:
- Evim yoxdur, kirayələrdə qalıram, axı sənə nə? Bu mənim şəxsi həyatımdır! Bir müğənni mənə demişdi ki, prodüserini evin içinə niyə salırsan? Qoy səni küçədə gözləsin. Dedim, a..., belə şey olar? Mən oturum süfrə arxasında, prodüser küçədə qalsın? İndi başa düşürəm hər şeyi. Təranənin qəzəbinin səbəbi budur ki, onların maşını ilə qəzaya düşmüşəm – "Qalenvagen"lə. Qayda var, qanun var. Get ver məhkəməyə, nə ziyan dəyibsə, ödəməyə hazıram. Yoxsa ki, gedib yeni ""Qalenvagen" alıblar ki, bunun da faizini ödə?! 8 minini verdim, sonra dedim ki, axı niyə yeni maşının pulunu mən ödəməliyəm? Köhnəyə nə ziyan vurmuşam, onu da verəcəyəm, vəssalam, Bu sözüm xətirlərinə dəyib. Adam sevgilisinə görə dostunu ləkələməz!
Mən dörd uşağa baxıram, bacımın uşaqları da mənimlə qalırlar. Evimdə iyirmi nəfərə yaxın adam var ki, onları da dolandırıram. Qəzalara düşdüm, başıma işlər gəldi, toylarım, qazanc əldə etdiyim şou-proqramlarım azaldı, beləcə, borca düşdüm. Arxamda heç kimim yoxdur, məcburam ayağa qalxıb problemlərimi həll edəm. Mən çox prodüserlərlə işləmişəm, amma onlardan belə pislik görməmişəm. O ki qaldı əkizlərə (musiqici İlqar və Vüqar Yusifovlar qardaşları nəzərdə tutulur) olan borcuma, onlarla çox işlər görmüşük, ailələrini tanıyıram, hər birinə hörmətim var. Onlarla Krosnoyarskya getmişdik. Mənə dörd konsert demişdilər ki, çıxış etməliydim, bu qardaşlar da musiqiçilərim idilər. Bir konserti verdik, amma aldanıldım, digər üç konsert olmadı. Cibimdən onlara pul verməliydim?
Onu da nəzərinizə çatdıraq ki, veriliş zamanı Təranə Səmədova canlı telefon bağlantısı etmişdi. Amma Rəqsanə, "mən həmin xanımlea danışmaq belə istəmirəm!" – deyərək eks prodüserinin efirə qoşulmasına qarşı çıxdı. "İndən belə onlar neyləsələr də, mən bu mövzuya son qoydum!" – deyən İ. Rəqsnə artıq yeni prodseri – Rolandla işbirliyinə başladığını da açıqladı.
Könül Aypara