Bu gün Alla Puqaçova xəlvəti evləndi

Bu gün Alla Puqaçova xəlvəti evləndi

23 Dekabr 2011 23:34
Bəyəndim (0) Bəyənmədim (0)
65 yaşlı müğənni 35 yaşlı aktyora ərə getdi

SSRİ xalq artisti Alla Puqaçova bu gün hamıdan xəlvəti aktyor Maksim Qalkinlə VVAQ idarəsində nikaha girdi. 10 il görüşdükdən sonra 65 yaşlı müğənni ilə 35 yaşlı şoumen əlaqələrinin rəsmiləşdirdilər. Toy isə sabah Moskvanın mərkəzi restoranlarının birində olacaq. Qonaqların siyahısını gəlin tərtib edib. Çağırılacaq 40 nəfər arasında modelyer Valentin Yudaşkin, müğənni Aleksandr Buynov, prodüser Yana Rudkovskayanın da adları var. Toyun aparıcısı müğənni Nikolay Baskov olacaq. Gəlinin köhnə adaxlısı Filip Kirkorov isə toya gəlməyəcək. Onu da qeyd edək ki, Alla Puqaçova toyda dəbdəbəli gecə libasında olsa da, fata taxmayacaq.

Qocalığında yorğalıq yəqin ki, buna deyirlər...

Fuad Borçalı

O.M.