Yasamallı Ələkbər 5 ildən sonra ata oldu

Yasamallı Ələkbər 5 ildən sonra ata oldu

23 Dekabr 2011 16:35
Bəyəndim (0) Bəyənmədim (0)
Meyxanaçının 2011 təəssüratları

2011-ci il şou-biznes aləmində müəyyən hadisələrlə yadda qaldı. Kimisinə sevinc bəxş etdi, kimisinə kədər, kimisinin cibi doldu, bir başqasınınkı isə boşaldı...

Görəsən, "De, gəlsin!" meyxana yarışmasından tanınan Yasamallı Ələkbər necə, 2011-ci ildən razı qalıbmı? Əlbəttə, bu il meyxanaçıya düşərli olub. Belə ki, bütün xoşagəlməz əməllərini bir kənara qoyan Ələkbər sırf sənəti ilə məşğul olmağa başlayıb. Bundan başqa, o, xəyallarında canlandırdığı arzusuna qovuşub: "Prado" markalı avtomobilə sahib olub. Hələ bu harasıdır? Beş il bundan öncə ailə həyatı qurmuş Ələkbərin həsrətinə nəhayət ki, bu il son qoyulub. Üç-dörd gün öncə o, qız atası olub.

Müəyyən səbəblər üzündən köhnə məhəllədən uzaqlaşan Yasamallı Ələkbər 2012-ci ildən də ümidlərini üzmür. Hazırda kirayədə yaşasa da, yeni ildə elə yeni tikililərdən bir mənzil alacağına əmindir.

Gözlərin aydın olsun, ay Ələkbər,

Evin körpəylə dolsun, ay Ələkbər...

Könül Aypara

O.M.