
Rihannanın dişləri töküldü?
Rihannanın yeni albomu xarici görünüş baxımından müğənninin yeni - fərqli bir imicə bürünməsinə səbəb oldu. Ulduzun “You Da One” mahnısına çəkdirdiyi klipinin ilk görüntüləri ortaya çıxdı. Rihanna klipində dəyişilərək, hər kəsi təəccübləndirməyi bacardı. Yeni albomu üçün saçlarını sarı rəngə boyayan qəhrəmanımız taxma dişləri ilə kamera qarşısına keçdi. Heyranlarının bu dəyişikliyi necə qəbul edəcəyi isə artıq indidən müzakirəyə səbəb olub.
Günel Həbib
O.M.
Digər xəbərlər