
"Xərçəng məni və karyeramı bitirməyəcək!"
Aktrisa xəstəliyinə qarşı zəfər işarəsi göstərdi
Xərçəng diaqnozu qoyulan və ötən həftə əməliyyatla döşündən şiş götürülən Deniz Uğurun əhval-ruhiyyəsi yerindədir. "Adını Feriha koydum"un Sanem xanımı obyektlərə zəfər işarəsi göstərdi. Xatırladaq ki, serialın komanda heyəti onu bu çətin günlərində yalnız qoymur. Məhz bu səbəbdən də bacarıqlı, usta aktrisa xərçəngə qalib gələcəyini düşünür: "Bu xəstəlik məni və karyeramı bitirməyəcək!"
Onu da xatırladaq ki, serialdan qısa müddət öncə məhz xərçəng xəstəliyinə tutulduğu üçün ayrılan Vahide Gördüm (Zehra) dünən Denizi ziyarətə gəlib.
Günel Həbib
O.M.
Digər xəbərlər