Ən nüfuzlu uşaqların reytinq cədvəli tərtib olundu

Ən nüfuzlu uşaqların reytinq cədvəli tərtib olundu

21 Dekabr 2011 16:29
Bəyəndim (0) Bəyənmədim (0)
Dünya mətbuatı hər gün Tom Kruz və Keti Xolmsun qızı Suridən yazır

"The Daily Beast" jurnalı müasir məşhurların övladları olan nüfuzlu uşaqların reytinq cədvəlini nəşr edib. Jurnalın sifarişi ilə "E-Poll Market Research" şirkəti araşdırma apararaq nəticələri elan edib. Araşdırma zamanı məşhurların övladları barədə mətbuatda verilən xəbərlərin və məlumatların sayı əsas götürülüb. Yarışmada yaşı 6-dək olan uşaqlar iştirak edib.

Nəticələrə əsasən, dünyanın ən populyar uşağı Tom Kruz və Keti Xolmsun qızı Suridir. 5 yaşlı qızcığaz barədə mütəmadi məlumatlar yayılır. Bu məlumatlarda əsasən körpənin ərköyünlüyü önə çəkilir. İkinci yeri Devid və Viktoriya Bekhemin 5 aylıq qızı Seven Bekhem tutub. Üçüncü yerdə Ancelina Coli və Bred Pittin qızı Şaylo qərarlaşıb. Adı çəkilən məşhurların digər övladları da reytinq cədvəlində yer alıblar. Məsələn, Bekhemin oğlu Kruz 7-ci yerdə, Pittin qızları Vivyen və Zaxara 8 və 11-ci yerlərdə bərqərar olub.

Anası gəzən ağacı balası budaq-budaq gəzər...

Fuad Borçalı

O.M.